Türkiyə Futbol Federasiyasına hücum olub – FOTO

Türkiyə Futbol Federasiyasına hücum olub – FOTO
  14 Oktyabr 2013    Oxunub:1129
TFF təhlükəsizlik xidmətinin rəis müavini daş zərbələrindən xəsarət alıb. Hücum edənlər binanın qarşısında TFF-nin bayrağını aşağıya endirərək yerindən “Trabzonspor” bayrağı asıblar.
Türkiyə Futbol Federasiyasının (TFF) binası hücuma məruz qalıb. Azvsison.az yerli mətbuata istinadən xəbər verir ki, təxminən 5 min nəfərlik “Trabzonspor” azarkeşi TFF-nin qarşısında toplaşıblar. Məlumata görə 2010 – 2011-ci ilin çempionluq kubokunu tələb edən azarkeşlər binanı daşa basıblar. Bu vaxt TFF təhlükəsizlik xidmətinin rəis müavini də daş zərbələrindən nəsibini alıb.

Qeyd edək ki, azarkeşlər TFF-nin bayrağını aşağıya endirərək yerindən “Trabzonspor” bayrağı asıblar.

Qalereya




Teqlər:





Xəbər lenti