Azercell sərgiyə dəstək oldu
“Zəncirli mülk” sərgi qaleriyasında baş tutan sərgidə fərqlənən 12 nəfər iştirakçıya Azercell Telekom tərəfindən xüsusi hədiyyələr təqdim edilib. Hədiyyələri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə təqdim edib.
Qeyd edək ki, Azercell şirkətinin Korporativ Sosial tədbirlərinin əksər qismi uşaqların gələcək inkişafına yönəlik layihələrdi. Uşaq hüquqlarının qorunması, müdafiəsi ilə bağlı həyata keçirdiyi layihələri ilə hər zaman seçilən şirkət bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Teqlər: