DÇ-2018-də günün oyunları

DÇ-2018-də günün oyunları
  22 İyun 2018    Oxunub:1663
Dünya çempionatında 2-ci turun oyunları davam edir.
AzVision.az xəbər verir ki, bu gün daha 3 oyun keçiriləcək.

Günün maraqla gözlənilən qarşılaşması D qrupunda Nigeriya və İslandiya yığmaları arasında baş tutacaq. Əgər bu oyunda İslandiya qələbə qazansa, Argentinanın qrupdan çıxmaq şansı xeyli azalacaq. Matç saat 19:00-da başlayacaq.

E qrupunda mundialın favoritlərindnə sayılan Braziliya Kosta-Rikanı sınağa çəkəcək. Oyunun start fiti saat 16:00-da çalınacaq.

Qrupun digər matçında isə Serbiya və İsveçrə milliləri üz-üzə gələcək. Bu oyunda qələbə Serbiyanı növbəti mərhələyə yüksəldəcək. Qarşılaşma saat 22:00-da başlayacaq.

AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti