Mursinin həbs müddəti uzadıldı

Mursinin həbs müddəti uzadıldı
  14 Oktyabr 2013    Oxunub:976
Mursinin həbs müddəti daha 30 gün uzadıldı.
Misir məhkəməsi devrilmiş prezident Məhəmməd Mursinin həbs müddətini daha 30 gün uzatmaq barədə qərar çıxarıb. Musavat.com-un xəbərinə görə, bu barədə onun işinə cavabdeh olan apelyasiya məhkəməsinin müşaviri Qahir Həsən Samir açıqlama yayıb.
Bundan əlavə, o, Mursinin müttəhim qismində keçdiyi casusluqla bağlı işi baxılmaq üçün dövlət təhlükəsizliyi prokurorluğuna təqdim eləmək barədə göstəriş verib.

Qeyd edək ki, Mursi öz postundan bu il iyulun 3-də hərbi çevriliş nəticəsində uzaqlaşdırılıb və dərhal da bir neçə maddə üzrə günahkar bilinib. O, Qahirə yaxınlığında hərbi kəşfiyyata məxsus villalardan birində saxlanılır.


Teqlər:





Xəbər lenti