Braziliyadan DÇ-2018-də ilk qələbə

Braziliyadan DÇ-2018-də ilk qələbə
  22 İyun 2018    Oxunub:1718
Rusiyada keçirilən futbol üzrə dünya çempionatının doqquzuncu gününün ilk görüşündə “E” qrupunda yer alan Braziliya və Kosta-Rika milliləri qarşılaşıblar.
AzVision.az xəbər verir ki, Sankt-Peterburq şəhərində baş tutan görüşdə beşqat dünya çempionu əsas vaxta əlavə olunmuş dəqiqələrdə 2 qol vuraraq mundialda ilk qələbəni qazanıb.

Bununla da Braziliya millisi səkkizdəbir finala yüksəlmək üçün vacib üç xalı aktivinə yazdırıb. Kosta-Rika yığması isə ardıcıl ikinci məğlubiyyətdən sonra növbəti tura çıxma şansını itirib.

AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti