DÇ-2018: Serbiya üçün gözlənilməz nəticə

DÇ-2018: Serbiya üçün gözlənilməz nəticə
  23 İyun 2018    Oxunub:2107
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında “E” qrupunda yer alan Serbiya və İsveçrə milliləri günün son oyununda üz-üzə gəliblər.
AzVision.az xəbər verir ki, "Kalininqrad Arena”da keçirilən görüşün nəticəsi Serbiya yığması üçün gözlənilməz olub. Qarşılıqlı hücumlar şəraitində keçən matç İsveçrənin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 5-ci dəqiqədə Serbiya komandasının üzvü Aleksandr Mitroviç açıb. Bərabərlik qolunu 52-ci dəqiqədə Qranit Djaka vurub. İsveçrəlilərin qələbə qoluna isə sonuncu dəqiqədə Djerdan Şagiri imza atıb.

Qeyd edək ki, hazırda "E" qrupuna 4 xalla Braziliya liderlik edir. Onunla eyni xalı toplayan İsveçrə ikinci, Serbiya yığması 3 xalla üçüncü, Kosta-Rika isə 0 xalla sonuncu yerdədir.

AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti