Tramp sözünün üstündə durdu - Təlimlər dayandırıldı -(VİDEO)

Tramp sözünün üstündə durdu - Təlimlər dayandırıldı -(VİDEO)
  23 İyun 2018    Oxunub:2988
ABŞ Cənubi Koreya ilə birgə keçirdiyi hərbi təlimləri qeyri-müəyyən müddətə dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Məlumatda bildirilib ki, söhbət “Freedom Guardian” təlimi və hərbi-dəniz mübadiləsi proqramından gedir. Bundan əvvəl Cənubi Koreya və ABŞ avqustda keçirilməsi nəzərdə tutulan "Ulchi Freedom Guardian" hərbi təlimləri üzrə bütün tədbirlərin təxirə salınması barədə bildirilmişdi.



Qeyd edək ki, Sinqapur sammitindən sonra ABŞ prezidenti Donald Tramp Cənubi Koreya ilə müştərək hərbi təlimləri dayandırmaq barədə vəd verib.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Cənubi-Koreya  





Xəbər lenti