DÇ-2018: Almaniya üçün son şans

DÇ-2018: Almaniya üçün son şans
  23 İyun 2018    Oxunub:1995
Dünya çempionatında 2-ci turun oyunları davam edir.
AzVision.az xəbər verir ki, bu gün daha 3 oyun keçiriləcək.

Əvvəlcə G qrupunun təmsilçiləri meydana çıxacaqlar. Belçika Tunisi qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq. Qrupun digər oyunu sabah İngiltərə və Panama milliləri arasında keçiriləcək.

Daha sonra F qrupunda ikinci turun matçları oynanılacaq. İlk turda Almaniya millisi üzərində sensasion qələbə qazanan Meksika Cənubi Koreya ilə üz-üzə gələcək. Oyun saat 19:00-da başlayacaq.

Qrupun digər matçı isə Almaniya və İsveç arasında keçiriləcək. Oyunun start fiti saat 22:00-da çalınacaq.

AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti