Çexiyada Azərbaycan musiqisi gecəsi

Çexiyada Azərbaycan musiqisi gecəsi
  14 Oktyabr 2013    Oxunub:1366
Çexiyanım paytaxtı Praqa şəhərində Muğam ve klassik simfoniya musiqisinin sintezindən ibarət konsert təşkil olunmuşdur. Konsert AZEDER , Azerbaijan Student Network(ASN) və SOCAR-ın dəstəyi ilə həyata keçirilib.
Tədbir Günay Mirzoyeva və Francesco Magianın birgə bəstələri əsasında Azərbaycandan gəlmiş Muğam üçlüyü və Prague Modern Orkestri tərəfindən canlandırılıb. Tədbirdə Perunun rəsmi səfiri Marita Landaveri Porturas, Azərbaycanın Çexiyadakı Sefirliyinin müşaviri Alimirzamin Askerov və bir sıra müxtəlif diplomatik korpusun üzvləri , çexlər, çexiyada yaşayan azərbaycanlılar və başqa xalqların nümayəndələri iştirak ediblər. Konsert eyni zamanda Çexiya, Azərbaycan və Türkiyə media nümayəndəri tərəfindən işıqlandırılıb.

Tədbiri giriş sözü ilə açan ASN-nin Çexiya nümayəndəsi Sabir Məmmədov xalqlar arasi əlaqələrin inkişafından danışıb və əlaqələrin daha da dərinləşməsi üçün bu tipli proyektlərin həyata keçirilməsinin zəruriliyindən bəhs edib.

Konsert proqramı gənc, demokratik ölkə olan Azərbaycanın nə qədər zəngin mədəniyyətə sahib olduğunu bir daha avropalılara göstərib. Bütün qonaqlara tədbirdən əvvəl və sonra içkilər və Azərbaycan milli mətbəxinin təamları təqdim olunub. Tədbir iştirakçıları konsertdən xoş təəssüratlarla ayrılıb.


Teqlər:





Xəbər lenti