DÇ-2018-də üçüncü tur başlayır - Günün oyunları

DÇ-2018-də üçüncü tur başlayır - Günün oyunları
  25 İyun 2018    Oxunub:1473
Rusiyada keçirilən dünya çempionatında ikinci tura yekun vurulub.
AzVision.az-ın məlumatına görə, bu gün üçüncü turun ilk 4 oyunu keçiriləcək. Görüşlər A və B qruplarını əhatə edəcək.

A qrupunda 1/8 finala vəsiqəni təmin etmiş Uruqvay və Rusiya yığmaları arasındakı oyun qrup liderliyi baxımından əhəmiyyət kəsb edəcək. Qrup lideri olmaq üçün Rusiyaya heç-heçə, Uruqvaya isə mütləq qələbə lazımdır.

Qrupun digər oyununda Səudiyyə Ərəbistanı ilə Misir yığmaları üz-üzə gələcək. Hər iki millinin növbəti mərhələyə yüksəlmə şansları olmadığından matç formal xarakter daşıyır. Qrupun hər iki oyunu saat 18:00-da başlayacaq.

A qrupundan fərqli olaraq B qrupunda 3 milli növbəti mərhələ uğrunda mübarizə aparır. Hazırda qrupa hərəyə 4 xal toplayan İspaniya və Portuqaliya yığmaları rəhbərlik edir. 3 xala malik İran millisi isə növbəti mərhələyə yüksəlmək üçün Portuqaliyanı mütləq məğlub etməlidir. Digər görüşdə isə İspaniya və Mərakeş komandaları üz-üzə gələcəklər. Qrupun hər iki oyunu saat 22:00-da başlayacaq.

Kənan Məmmədov
AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti