Türkiyənin “F-16” qırıcıları Bakı səmasında - FOTOLAR+VİDEO
25 İyun 2018
Oxunub:5893
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar bayram tədbirlərində “Solo Türk” və “Türk Ulduzları” qrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçiriləcək.
AzVision.az xəbər verir ki, ötən gün Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” qrupuna daxil olan "F-16" tipli təyyarələri Bakı səmasında hazırlıq uçuşları həyata keçiriblər.
Qeyd edək ki, adıçəkilən avia-şounu iyunun 26-da, hərbi paraddan sonra saat 12.30-da Dənizkənarı Milli Park ərazisindən izləmək mümkün olacaq.