İspaniya və Portuqaliya 1/8 finalda - Yenilənib

İspaniya və Portuqaliya 1/8 finalda - Yenilənib
  26 İyun 2018    Oxunub:3548
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında günün son oyunları keçirilib.
AzVision.az xəbər verir ki, B qrupunda yer alan İran millisi Portuqaliyaya, İspaniya isə Mərakeşə qarşı meydana çıxıb.

***
İran-Portuqaliya oyununda 45-ci dəqiqədə hesab açılıb. Rikardo Kuarejmanın vurduğu baxımlı qolla portuqallar ikinci hissəyə üstün yollanıblar. İspaniya-Mərakeş matçında isə komandalar hərəyə bir qol vurublar.

***

Hər iki oyunun ikinci hissəsi maraqlı hadisələrlə yadda qalıb. Qarşılıqlı hücumlar şəraitində keçən İran-Portuqaliya görüşündə qalib müəyyənləşməyib. İran millisi 90-cı dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı bərabərləşdirib. Matç bu hesabla yekunlaşıb.

İspaniya-Mərakeş oyununda da qalib bəlli olmayıb. Görüş 2:2 hesabı ilə başa çatıb. Hər iki oyunun nəticəsinə əsasən, Portuqaliya və İspaniya yığmaları növbəti mərhələyə adlayıblar. İran 4 xalla qrup üçüncüsü, Mərakeş isə sonuncu pillədə yer alıb.

AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti