Fransa və Danimarka 1/8 finalda

Fransa və Danimarka 1/8 finalda
  27 İyun 2018    Oxunub:3002
Rusiyanın ev sahibliyi etdiyi dünya çempionatının “C” qrupunun sonuncu turunda Avstraliya-Peru və Fransa-Danimarka oyunları keçirilib.
AzVision.az xəbər verir ki, Avstraliya və Peru komandaları Soçidəki “Fişt” stadionunda qarşılaşıblar. Görüş Peru millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Danimarka-Fransa matçı isə Moskvadakı “Lujniki” stadionunda keçirilib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb və dünya çempionatında ilk qolsuz heç-heçə qeydə alınıb.

Qeyd eədk ki, Fransa millisi 7 xalla qrup birincisi, Danimarka isə 5 xalla qrup ikincisi kimi səkkizdəbir final mərhələsinə adlayıb. Peru 3 xalla qrupda üçüncü, Avstraliya yığması isə 1 xalla dördüncü pillədə qərarlaşıb.

AzVision.az


Teqlər: DÇ-2018   Fransa   Danimarka  





Xəbər lenti