Azərbaycanlı alimin haqqında sayt açıldı

Azərbaycanlı alimin haqqında sayt açıldı
  27 İyun 2018    Oxunub:1790
Görkəmli tarixçi-arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor İlyas Babayevin (1935-2017) ömür yolundan və elmi fəaliyyətindən bəhs edən ilyas-babayev.az fəaliyyətə başlayıb.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az” portalı nəzdindəki “1905.az Studio”da hazırlanan saytın müvafiq bölmələrində böyük alimin ömür yolu haqqında müfəssəl məlumat verilir.

Saytda alimin əsərlərinin biblioqrafiyası, elmi məqalələrinin və kitablarının bir qismi də yer alıb. Saytda həmçinin mərhum İlyas Babayevin unikal foto-şəkilləri və haqqında xatirələr verilib.

Artıq saytda onlarla material var və gündəlik olaraq alimin kitab və məqalələri yüklənir. Saytla [email protected] elektron ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.



Teqlər:





Xəbər lenti