Mundialda sensasiya: Almaniya qrupda qaldı

Mundialda sensasiya: Almaniya qrupda qaldı
  28 İyun 2018    Oxunub:9017
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında “F” qrupunda mübarizəyə yekun vurulub.
AzVision.az xəbər verir ki, dördqat dünya çempionu Almaniya yığması Cənubi Koreyaya ilə qarşılaşıb. Görüş sonuncuların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Almaniya qrupdan çıxa bilməyib.

Digər oyunda isə İsveç millisi Meksikanı 3:0 hesabı ilə məğlub edərək qrup lideri kimi pley-offa adlayıb. 6 xalı olan Meksika yığması səkkizdəbir finala vəsiqə qazanan ikinci komanda olub.

Sonuncu mundialın qalibi Almaniya yığması və Cənubi Koreya isə dünya çempionatı ilə vidalaşıb.

AzVision.az


Teqlər: DÇ-2018   Almaniya  





Xəbər lenti