İtaliya azərbaycanlı tələbələrə şərt qoydu

İtaliya azərbaycanlı tələbələrə şərt qoydu
  28 İyun 2018    Oxunub:1908
İtaliya səfirliyi bu ölkədə təhsil vizasına müraciət etmək üçün lazımlı sənədlər siyahısında dəyişiklik edib.

Səfirlikdən AzVision.az-a verilən məlumata görə, vizaya müraciət edən tələbələr İtaliya Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş məbləğdə (illik 5.889 avro) maliyyə vəsaitinə malik olmasına dair bank arayışı təqdim etməlidir.
Tələbə bu maliyyə vəsaitini göstərmək üçün İtaliya banklarının birində və ya "Yapikredi Azərbaycan" bankında cari hesabı üzrə arayış təqdim etməlidir.

Sözügedən vəsait ən azı viza sorğusuna cavab verilənədək həmin hesabda qalmalıdır. Yaxud, tələbə Azərbaycanda fəaliyyət göstərən istənilən bankdan son 6 ayın bank əməliyyatlarını özündə əks etdirən arayış təqdim etməlidir.

Səfirlik bildirir ki, maliyyə vəsaitindən əlavə, tələbənin İtaliyada təhsil almaq üçün şəxsi hazırlığı, eləcə də ümumi şəxsi və ailəvi vəziyyəti diqqətə alınacaq.

AzVision.az


Teqlər: İtaliya   Viza  





Xəbər lenti