Gül təkin suallar
- Alo, bizi eşidirsiniz? Səsimiz necə gəlir? Aha, lap yaxşı, onda suala cavab verin, zəhmət olmasa. İlk dəfə AŞPA-da korrupsiya qalmaqalı qalxanda telefonlarınızı əlinizdən yerə qoymadan, 7/24 rejimində canlı yayımlar edib, Azərbaycan hökumətinin ifşa olunmasından ağızdolusu danışırdınız. İndi isə məlum olub ki, sizin tam olaraq haqlı saydığınız AŞPA müxalifətin əsas fəallarından birinin də korrupsiyada əli olduğundan şübhələnir... Necə?.. Yox, bir dəqiqə, sözümüzü kəsməyin. One minute! Yalnızca Qaydalar və Prosedurlar Komitəsi ilə əməkdaşlıq etmək istəmədiyinə görə heç kimin AŞPA binasına girişinə ömürlük qadağa qoyulmur. Bu, olduqca ağır cəzadır. İstintaqla əməkdaşlıq edib-etməmək isə insanın şəxsi işidir – istəməz, etməz... Buna görə cəza düşmür! Şübhəsiz ki, burada məsələnin alt qatı var: Böyük ehtimalla, AŞPA məhz Gültəkin xanımın özünün vaxtilə korrupsiyada iştirakı ilə bağlı məsələləri dəqiqləşdirmək istəyib, “əməkdaşlıq” da buna görə alınmayıb. Çünki Gültəkin xanım durub özü-özünün əleyhinə ifadə verəsi deyildi ki... Bir ciddi düşünün və əmin olacaqsınız ki, əsas səbəb, güman ki, məhz elə budur. Elə isə, bəlkə öz növbəti videolarınızda bu məsləyə də bir toxunasınız?! Hələlik isə bir daha Gültəkin xanımla söhbətə qayıdaq.
- Gültəkin xanım, yenə də siz buyurun. Amma gəlin, açıq danışaq da... AŞPA-nın Qaydalar və Prosedurlar Komitəsinin sizdən son hadisələrlə bağlı nəsə soruşması məntiqsiz olardı. O sadə səbəbə görə ki, hazırda siz bütün bu proseslərdən kənardasınız. Yəqin ki, onlar sizdən özünüzün deputat olduğunuz dövrdə baş verən hadisələrlə bağlı nələrisə öyrənmək istəyiblər, eləmi? Necə, yaxşı eşidə bilmədik... AŞPA-nın Qaydalar və Prosedurlar Komitəsi məktubu sizə yox, Səməd Seyidova göndərib? Gültəkin xanım, biz bilirik ki, siz axmaq adam deyilsiniz. Ümumiyyətlə, onlarla mülkü olan insanlar adətən axmaq olmurlar. Xahiş edirik, başqalarını da axmaq yerinə qoymayasınız. Əgər sizə məktub çatmayıbsa, bu, AŞPA-nın rəsmi sənədində “Əməkdaşlıqdan imtina” kimi qeyd olunmazdı axı. Daha olan-olub, etiraf edin ki, vaxtilə siz özünüz də indi tənqid etdiyiniz korrupsiya sxemlərinin fəal iştirakçısı olmusunuz. Və tərəzinin hər iki gözünə baxanda, qərara gəlmisiniz ki, indi bu mövzuda susub, cəzalanmaq danışıb batmaqdan daha yaxşıdır. Sizə cəzanı da yəqin, sadəcə susmağa görə yox, köhnə günahlarınıza görə veriblər...
- Və sonda bir də söz verilir Milli Şuranın rəhbərliyinə. Hər qətnaməsinə az qala müqəddəs ayə kimi yanaşdığınız AŞPA sizin üzvlərinizdən birini dolayısı ilə korrupsiyada şübhəli bilərək, cəzalandırıb. İndi sıra sizdədir: üzünə AŞPA-nın qapısı ömürlük bağlanan bir adam üçün Milli Şuranın qapılarını açıq saxlayacaqsınızmı? Axı məntiqlə, onu sıralarınızdan xaric etməlisiniz... Yenə də eşitmədik, bir azca bərkdən danışın, lütfən...
Vüsal Məmmdov
AzVision.az
Teqlər: