AQTA iyulun 1-dən dövlət nəzarətini həyata keçirəcək
"Bu, beynəlxalq standartların tələblərinə uyğun qaydadır. İyulun 1-dən etibarən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə dövlət nəzarətini həyata keçirəcək".
Q.Təhməzli qeyd edib ki, sahibkarlar ixrac etdikləri məhsullara qida təhlükəsizliyi sertifikatı alacaqlar: "İşlər beynəlxalq konvensiyalara uyğun şəkildə icra olunacaq. Dövlət rüsumları artıq öz təsdiqini tapıb. Həmçinin müəssisələrdə istehsal olunan məhsullar beynəlxalq ekspertizaya cəlb olunacaq. Bu da risk qrupuna görə dəyərləndiriləcək. Ekspertlər məhsulu risk qrupuna görə qiymətləndirib, laboratoriyaya göndərəcəklər. İyulun 1-dən etibarən Kənd Təsərrüfatı Nazirliyi baytarlıq sahəsində vaksinasiya işlərini həyata keçirəcək. Eyni zamanda, bitkilərdə bağlı dərmanlama işlərinə başlanılacaq".
Aytən Zəhra
AzVision.az
Teqlər: Qoşqar-Təhməzli