“Fəxr edirəm ki, azəriyəm...” - Portuqaliyaya qol vuran futbolçu - (VİDEO)

“Fəxr edirəm ki, azəriyəm...”  - Portuqaliyaya qol vuran futbolçu - (VİDEO)
  29 İyun 2018    Oxunub:34720
İran millisinin futbolçusu Kərim Ansarifardın maraqlı görüntüləri yayılıb.

AzVision.az-ın məlumatına görə, ulduz futbolçunun sosial şəbəkələrdə yayılan videosu rəğbətlə qarşılanıb. Belə ki, bir müddət əvvəl İran telekanallarından birində yayımlanan verilişdə qonaq olan Kərim Ansarifard Azərbaycan türkü olduğunu, bununla fəxr etdiyini deyib.
“Mənə iftixardır ki, ərdəbilliyəm, azəriyəm, türkəm. Hər yerdə də demişəm ki, mən Ərdəbil uşağıyam” – deyə KAnsarifard bildirib.



Qeyd edək ki, hazırda Yunanıstanın “Olimpiakos” klubunda çıxış edən Kərim İran millisinin əsas oyunçularından biridir. 2011-ci ildə İranda ilin idmançısı seçilən Kərim Ansarifard 1990-cı ilin aprelin 3-də Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Millinin əsas oyunçusu olan Kərim DÇ-2018-də qrupun hər üç oyununda iştirak edib. O, Portuqaliya – İran matçının (1:1) 90-cı dəqiqəsində penaltidən komandasının yeganə qolunu vurub.

Kənan Məmmədov
AzVision.az


Teqlər: İran   Futbolçu  





Xəbər lenti