Sabah veteran futbolçular qarşılaşacaq

Sabah veteran futbolçular qarşılaşacaq
  15 Oktyabr 2013    Oxunub:1290
Rusiya və Azərbaycanın veteran futbolçuları sabah oynayır.
Oktyabrın 15-də Sumqayıt şəhərindəki Mehdi Hüseynzadə adına stadionda Azərbaycanın və Rusiyanın veteranlardan ibarət yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Azvsison.az AFFA-nın mətbuat xidmətinə istinadən bildirir ki, qarşılaşmanı beynəlxalq dərəcəli hakim Xaqani Məmmədov idarə edəcək. Ona Kərim Ağayev və Sabir Hacıyev kömək edəcəklər.

Baş məşqçi Ağasəlim Mircavadovun rəhbərliyi altında Azərbaycan veteran futbolçularından ibarət komandanın heyətində Elxan Həsənov, Cəmaləddin Əliyev, Şakir Qəribov, Novruz Əzimov, Nadir Əliyev, Tərlan Əhmədov, Mehman Yunusov, Ədahim Niftəliyev, Oqtay Abdullayev, Yaşar Hüseynov, İlqar Hüseynov, Mahmud Qurbanov, Vidadi Rzayev, Mübariz Orucov, Aqil Məmmədov, Yunis Hüseynov, Şahin Diniyev, Elçin Xudatov, Samir Ələkbərov, Vəli Qasımov, Mehman Allahverdiyev, Musa Qurbanov, Maşallah Əhmədov, Paşa Əliyev, Nazim Əliyev və Müşfiq Hüseynov yer alırlar.

Rusiya yığmasının heyətində Andrey Polyakov, Dmitri Kuznetsov, Albert Askolkov, Erik Yaximoviç, Yevgeni Lovçev, Vyaçeslav Dayev, Valeri Şmarov, Aleksandr Şmarko, Vladimir Maminov, Vladimir Kulik, Denis Maşkarin, Oleq Kornauxov, Yuri Tatarkin və Pyotr Barkalov oynayacaqlar.


Teqlər:





Xəbər lenti