Rusiya İspaniyaya, Xorvatiya Danimarkaya qarşı

Rusiya İspaniyaya, Xorvatiya Danimarkaya qarşı
  01 İyul 2018    Oxunub:9292
Bu gün futbol üzrə dünya çempionatının daha iki dörddəbir finalçısının adı məlum olacaq.
Ev sahibi Rusiya İspaniya ilə, qrup mərhələsində yüksək nəticəyə nail olan Xorvatiya millisi Danimarka komandası ilə qarşılaşacaq.

İspaniya-Rusiya görüşü saat 18:00-da Moskvadakı “Lujniki” arenasında, Xorvatiya-Danimarka matçı isə saat 22:00-da Nijni Novqorod stadionunda start götürəcək.

Qeyd edək ki, hər iki oyun İdman Azərbaycan telekanalında canlı yayımlanacaq.

AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti