Rusiya 1/4 finalda, İspaniya mübarizəni dayandırdı - Yenilənib

Rusiya 1/4 finalda, İspaniya mübarizəni dayandırdı - Yenilənib
  02 İyul 2018    Oxunub:14159
Futbol üzrə dünya çempionatının səkkizdəbir final mərhələsində İspaniya-Rusiya oyunu baş tutub.
AzVision.az xəbər verir ki, oyun Moskvanın "Lujniki" stadionunda keçirilib.

Görüşdə İspaniya millisinin heyətində meydana David De Xea, Xerard Pike, Naço, Serxio Buskets, Koke, Serxio Ramos, Xordi Alba, Dieqo Kosta, Marko Asensio, David Silva, və İsko çıxıblar.

Rusiya millisinin start heyətində isə İqor Akinfeyev, Mario Fernandes, İlya Kutepov, Sergey İqnaşeviç, Daler Kuzyayev, Roman Zobnin, Fyodor Kudryaşov, Aleksandr Qolovin, Yuri Jirkov, Aleksandr Səmədov və Artyom Dzyuba yer alıblar.

***

Rusiya-İspaniya oyununun ilk hissəsi 1:1 hesablı bərabərliklə yekunlaşıb.

***

90 dəqiqə ərzində qalib müəyyənləşməyib. Görüşdə əlavə vaxt təyin edilib.

***

Əlavə vaxtda hesab dəyişməyib. Penaltilərdə Rusiya millisi İspaniyanı məğlub edərək dörddəbir finala yüksəlib.

AzVision.az


Teqlər: İspaniya   Rusiya   DÇ-2018  





Xəbər lenti