Braziliya 2 qolla 1/4 finala çıxdı

Braziliya 2 qolla 1/4 finala çıxdı
  02 İyul 2018    Oxunub:10444
Rusiyada keçirilən futbol üzrə dünya çempionatının səkkizdəbir final mərhələsində Braziliya millisi Meksika ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, “Samara Arena” stadionunda keçirilən görüşü italiyalı hakim Canluka Rokki idarə edib.

Matç mundialın əsas favoritlərindən hesab olunan Braziliya yığmasının 2:0 hesablı qələbəsilə yekunlaşıb. Bununla da braziliyalılar dörddəbir final mərhləsinə adlayıblar.

Qeyd edək ki, Belçika-Yaponiya matçı isə bu gün saat 22:00-da “Rostov Arena” stadionunda start götürəcək.

AzVision.az


Teqlər: DÇ-2018   Braziliya  





Xəbər lenti