Ölkənin su təchizatında problemlər yaranıb - (VİDEO)

Ölkənin su təchizatında problemlər yaranıb - (VİDEO)
  03 İyul 2018    Oxunub:6964
Dünən Mingəçevir DRES-də baş vermiş qəza nəticəsində ölkə ərazisində suyun verilişi ilə bağlı problemlər yaranıb. Bakı, Sumqayıt şəhərlərində su problemi yaşanır.
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzVision.az-a bildirib ki, Ceyranbatan və Kür su mənbələrində işıq bərpa olunsa da, Oğuz-Qəbələ su mənbəyində problem hazırda həll olunmaqdadır.



"Elektrik enerjisindən asılı olan mənbələdə su problemi yaşanır. Bakının bir çox ərazilərində, o cümlədən Sumqayıtda su təminatı yoxdur. Gün ərzində problemi aradan qaldırmağa çalışırıq. İşığı verən kimi elektrik problem həll olunur. Amma su boru ilə gələnə qədər uzun vaxt keçir. Gün ərzində alternativ mənbələrlə əhalini su ilə təmin etməyə çalışacağıq. Amma elə yerlər var ki, orada problemlər olacaq".

AzVision.az


Teqlər: Azərsu  





Xəbər lenti