DÇ-2018: 1/8 finala yekun vurulur

DÇ-2018: 1/8 finala yekun vurulur
  03 İyul 2018    Oxunub:11189
Bu gün DÇ-2018-in 1/8 final mərhələsinə yekun vurulacaq.
AzVision.az-ın məlumatına görə, keçirilicək iki oyunla sonuncu 1/4 final cütlüyü müəyyənləşəcək.

İlk olaraq meydana İsveç və İsveçrə yığmaları çıxacaq. Matçın start fiti saat 18:00-da çalınacaq.

Günün digər oyununda isə İngiltərə Kolumbiya ilə qarşılaşacaq. Oyun saat 22:00-da start götürəcək.

Qeyd edək ki, 1/4 final oyunlarına iyulun 6-da start veriləcək.

6 iyul

18:00 - Uruqvay - Fransa
22:00 - Braziliya - Belçika

7 İyul

18:00 - İsveç/İsveçrə - Kolumbiya/İngiltərə
22:00 - Rusiya - Xorvatiya

Kənan Məmmədov
AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti