58 minə yaxın şagird imtahan verib

58 minə yaxın şagird imtahan verib
  03 İyul 2018    Oxunub:1578
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən və Xızıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 57 625 şagird (IX sinif üzrə 32795, XI sinif üzrə 24830) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, iyulun 4-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq.

Nəticələr yaxın günlərdə elan ediləcək.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti