İcra Hakimiyyəti: Elmar Vəliyevin səhhəti normaldır

Bildirilib ki, Elmar Vəliyevin ölümü və ya ağır xəsarət alması ilə bağlı bəzi KİV-lərdə yayılmış məlumatların heç bir əsası yoxdur. Bunlar əsassız, heç bir fakta söykənməyən şayiələrdir.
Qeyd edək ki, iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.
AzVision.az
Teqlər: Gəncə Elmar-Vəliyev