DÇ-2018: 1/4 finalın bütün cütlükləri

DÇ-2018: 1/4 finalın bütün cütlükləri
  04 İyul 2018    Oxunub:12114
DÇ-2018-in 1/8 final mərhələsinə yekun vurulub.
AzVision.az-ın məlumatına görə, ötən gün keçirilən iki oyunla sonuncu 1/4 final cütlüyü müəyyənləşib. İlk olaraq meydana İsveç və İsveçrə yığmaları çıxıb. Burada qalib tərəf İsveç yığması olub. - (1:0)

Günün digər oyununda isə İngiltərə Kolumbiya ilə qarşılaşıb. Əsas hissəsi 1:1 hesablı bərabərliklə başa çatan matçda əlavə vaxt oynanılıb. Burada da qalib müəyyənləşmədiyindən penaltilərə ehtiyac duyulub. Pelantilər seriyasında isə İngiltərə yığmasının üzvləri daha dəqiq olublar. - (4:3)

Qeyd edək ki, 1/4 final oyunlarına iyulun 6-da start veriləcək.

6 iyul

18:00 - Uruqvay - Fransa
22:00 - Braziliya - Belçika

7 İyul

18:00 - İsveç - İngiltərə
22:00 - Rusiya - Xorvatiya

Kənan Məmmədov
AzVision.az


Teqlər: DÇ-2018  





Xəbər lenti