Bolqarıstan yığmasının üzvü "Qarabağ"da

Bolqarıstan yığmasının üzvü  "Qarabağ"da
  05 İyul 2018    Oxunub:11273
2018/19-cu illər mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ” klubu beşinci transferini rəsmiləşdirib.
AzVision.az xəbər verir ki, Azərbaycan çempionu Portuqaliyanın "Sportinq" klubundan Bolqarıstan yığmasının üzvü Simeon Slavçevi heyətinə qatıb. 25 yaşlı yarımmüdafiəçiylə 3 illik müqavilə imzalanıb. Slavçev artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışındadır.

Yarımmüdafiəçi peşəkar karyerasına 2010-cu ildə ölkəsinin “Liteks” klubunda başlayıb və 4 il burada forma geyindikdən sonra Portuqaliyanın “Sportinq” klubuna transfer olunub. Daha sonra Slavçev icarə əsasında İngiltərənin “Bolton”, Kiprin “Apollon”, son olaraq isə Polşanın “Lexiya” (Qdansk) klubunda çıxış edib.

Ölkəsinin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən Slavçev 2013-cü ildən etibarən əsas milli komandaya dəvət alır.

AzVision.az


Teqlər: Qarabağ   Transfer  





Xəbər lenti