Çağrı Mərkəzinə 5 mindən çox müraciət olub

Çağrı Mərkəzinə 5 mindən çox müraciət olub
  06 İyul 2018    Oxunub:987
2018-ci ilin birinci yarımilində 195-2 Çağrı Mərkəzinə 5 mindən çox müraciət olub.
İqtisadiyyat Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 2018-ci ilin yanvar-iyun aylarında nazirliyin 195-2 Çağrı Mərkəzinə daxil olan müraciətlərin 4 minə yaxın hissəsi canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb.

Müraciətlər əsasən, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə qaydaları, istehlakçıların hüquqlarının müdafiəsi, sahibkarlıq fəaliyyəti, qrant müqavilələrin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək 195-2 Çağrı Mərkəzinə 78 minədək müraciət daxil olub.

Qeyd edək ki, Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

AzVision.az


Teqlər: Çağrı-Mərkəzi  





Xəbər lenti