Belçika yarımfinalda, Braziliya uduzdu - Yenilənib

Belçika yarımfinalda, Braziliya uduzdu - Yenilənib
  07 İyul 2018    Oxunub:12364
Futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsində Braziliya-Belçika oyunu keçirilib.
AzVision.az xəbər verir ki, “Kazan Arena” stadionunda keçirilən görüşdə Braziliya millisinin heyətində meydana Alison Beyker, Tiaqo Silva, Miranda, Faqner, Marselo, Filip Koutinyo, Paulinyo, Fernandao, Vilyam, Neymar, Qabriyel Xesus çıxıblar.

Belçika millisinin start heyətində isə Tibo Kurtua, Vensan Kompani, Yan Vertonqen, Toni Alderveyreld, Maruan Fellaini, Aksel Vitsel, Naser Şadli, Toma Menye, Eden Hazard, Ramelu Lukaku, Kevin De Brüyne yer alıblar.

Görüşü serbiyalı Milorad Maziç idarə edib. Maraqlı epizodlarla yadda qalan oyun Belçika millisinin rəqib üzərində 2:1 hesablı qələbəsilə yekunlaşıb. Bununla da Belçika yığması DÇ-2018-in yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Belçikanın rəqibi Fransa olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti