Xorvatiya Rusiyanı mundialdan kənarlaşdırdı - Yenilənib

Xorvatiya Rusiyanı mundialdan kənarlaşdırdı - Yenilənib
  08 İyul 2018    Oxunub:12643
Futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsinin sonuncu görüşündə ev sahibi Rusiya yığması Xorvatiya millisi ilə qarşılaşıb.
Soçidəki “Fişt” stadionunda keçirilən görüşü braziliyalı referi Sandro Rikki idarə edirb.

***
Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Oyunda qalib müəyyən olunmadığından əlavə vaxt təyin edilib.

***
Əlavə vaxtda xorvatlar ilk dəqiqələrdə üstünlük qazansalar da, Rusiya millisi hesabı bərabərləşdirə bilib. Qalibi müəyyən etmək üçün penaltilər seriyası təyin edilib.

***
Penaltilər seriyasında Xorvatiya millisi qələbə qazanaraq yarım finala yüksəlib, bununla da Rusiya yığması mundialla vidalaşıb.

Qeyd edək ki, Xorvatiya yarımfinalda İngiltərə millisi ilə görüşəcək.

AzVision.az


Teqlər: Rusiya   Xorvatiya   DÇ-2018  





Xəbər lenti