İki gündə 175 cinayət faktı qeydə alınıb - (VİDEO)

Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, baş verən cinayətlərin 21-i “isti izlər”lə açılıb.
Bundan başqa, məlumata görə, respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 11 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
AzVision.az