Özündən razı Rusiya Azərbaycanı məğlub edə bilmədi - FOTO

Özündən razı Rusiya Azərbaycanı məğlub edə bilmədi  - FOTO
  16 Oktyabr 2013    Oxunub:1496
Oyunun son dəqiqəsində Vaqif Cavadov qol vurdu və tarazlığı bərpa etdi.
Bu gün DÇ-2014-ün seçmə mərhələsində sonuncu oyunlar baş tutub.

F qrupunda yer alan millimiz şimal qonşumuz olan Rusiya ilə qarşılaşıb. Komandalar arasında keçirilən ilk oyunda Rusiya yığması minimal hesabla qalib gəlib.

AzVision.az xəbər verir ki, oyun 1:1 hesabı ilə yekunlaşdı. Görüşdə hesabı 16-cı dəqiqədə Şirokov açsa da, 10 nəfərlə qalan millimiz 90-cı dəqiqədə Vaqif Cavadovun fərqlənməsi sayəsində tarazlığı bərpa etdi.

F qrupu
22:00. Azərbaycan – Rusiya - 1:1
Qol: Roman Şirokov, 16 (0:1) - 0:1 (İkinci hissə) Vaqif Cavadov, 90 (1:1)
Qırmızı vərəqə: Maksim Medvedyev, 73 (Azərbaycan)
Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Corceviç, Boşko Yovanetiç (Serbiya).

Qalereya




Teqlər:  





Xəbər lenti