Çılğın futbol fanatı olan 50 yaşlı xanım prezident - VİDEO+FOTOLAR

Çılğın futbol fanatı olan 50 yaşlı xanım prezident - VİDEO+FOTOLAR
  09 İyul 2018    Oxunub:36451
İyulun 7-də DÇ-2018-də Xorvatiyanın 1/4 final oyununda Rusiyanı məğlub etməsindən sonra bu ölkənin prezidenti Kolinda Qrabar-Kitaroviç qələbəni milli komandanın futbolçuları ilə birlikdə qeyd edib.
Oyundan sonra soyunub-geyinmə otağına gələn Xorvatiya prezidenti, futbolçuları təbrik edib və onlarla birgə foto çəkdirib. Xanım prezidentin Rusiya ilə oyunu stadiondan izləməsi, daha sonra futbolçularla görüşü mediada xüsusi qeyd olunub.



Məlumat üçün bildirək ki, Kolinda Qrabar-Kitaroviç 1968-ci ilin aprelin 29-da Xorvatiyanın Rieka şəhərinin yaxınlığındakı Lubarska əyalətində anadan olub. Atası qəssab, anası isə evdar qadın olub.



Kolinda orta təhsilini əla qiymətlərlə başa vurub. 17 yaşında təhsil almaq üçün ABŞ-a yollanıb və orada ingilis dilini mükəmməl öyrənib. Ölkəsinə qayıtdıqdan sonra Zaqreb Universitetinin humanitar və sosial elmlər fakültəsində təhsilini davam etdirib. Həmçinin beynəlxalq münasibətlər sahəsində magistr dərəcəsi qazanıb. O, tələbəlik illərində tanış olduğu Yakov Kitaroviçlə ailə həyatı qurub. Bu nikahdan qızı Katarina, oğlu Luka dünyaya gəlib.



24 yaşında Xorvatiya Elm və Texnologiya Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin müşaviri təyin edilib və sonra Xarici İşlər Nazirliyində müşavir olub.



Sonralar isə Xorvatiyanın Avropa inteqrasiyası və xarici işlər naziri işləyib. 2008-2011-ci illərdə Xorvatiyanın ABŞ-dakı səfiri olub. 2015-ci ildə Xorvatiyada keçirilən prezident seçkilərində 50,42 faiz səs toplayaraq ölkə tarixində ilk qadın prezident olub. Xanım prezident ingilis, ispan, portuqaliya, alman, fransız və italyan dillərini bilir.

O, futbolu çox sevir və oyunları stadionda izləyir. Xorvatiya və Danimarka yığma komandalarının görüşünü də fanat kimi tribunadan izləyib.

Qeyd edək ki, Kolinda Qrabar-Kitaroviç 2016-cı ildə Azərbaycanda rəsmi səfərdə olub.













Anar Kəlbiyev
AzVision.az


Teqlər: Kolinda   Prezident   Xorvatiya  





Xəbər lenti