Obama: Büdcə məsələsi həll olunacaq,lakin vaxt azdır

Obama: Büdcə məsələsi həll olunacaq,lakin vaxt azdır
  16 Oktyabr 2013    Oxunub:1161
AzVsison.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama çərşənbə axşamı bildirib ki, büdcə böhranı həll olunacaq, lakin vaxt az qalıb.
"Mən gözləyirəm ki, bu məsələ həll olunacaq, lakin bizim vaxtımız azdır", - dey’ Obama ABC teleşirkətinin Nyu-york filialına müsahibəsində bildirib. Onun sözlərinə görə, məsələ hələ də konqresin nümayəndələr palatasına nəzarət edən respublikaçılardan asılıdır.

"Respublikaçılar və demokratlar senatda razılığa yaxındırlar", - Obama bildirib.

Obamanın sözlərinə görə, respublikaçılar kompromisə can atmırlar, lakin dövlət borcunun "yuxarı həddinin" artırılmasına və büdcə qəbul edilərkən, hər-hansı siyasi şərtlər irəli sürülməsinə Ağ ev getməyəcək.

"Biz ölkənin idarə olunmasında baza kompromis üçün digər tərəfin zəruri olan səylərini görmürük", - Obama bildirib.

"Mən konqresin liderlərinə demək istəyirəm ki, özünüzü dartmaq, üzünüzü xilas etmək və siyasi məsələlər haqqında narahat olmaq lazım deyil. Gəlin hökuməti açaq", - prezident əlavə edib.


Teqlər:





Xəbər lenti