Tramp Putinə görə öz işçilərini “axmaq” adlandırdı - (VİDEO)

Tramp Putinə görə öz işçilərini “axmaq” adlandırdı - (VİDEO)
  10 İyul 2018    Oxunub:4772
ABŞ prezidenti Donald Tramp martda Vladimir Putinlə apardığı telefon söhbətində onun rusiyalı həmkarına zəng etməsinə qarşı çıxanları “axmaq” adlandırıb.

AzVision.az xəbər verir ki, bu barədə nüfuzlu "The New York Times" qəzeti telefon danışığının təfərrüatlarından xəbərdar olan diplomatik mənbəyə istinadən məlumat yayıb.
Qəzet yazıb ki, Trampın “axmaq” deyə adlandırdığı şəxslər ABŞ prezidenti administrasiyasının işçiləridir. Həmçinin bildirilib ki, telefon söhbətində Tramp Putinə Rusiya və ABŞ-ın ikitərəfli əlaqələri daha da möhkəmləndirməli olduqlarını deyib.



Qeyd edək ki, Putinin prezident seçkilərində qələbəsi münasibətilə 20 martda Tramp ona zəng vurub. "The Washington Post" yazmışdı ki, Ağ Ev Trampı rusiyalı həmkarına zəng etməkdən çəkindirməyə çalışıb, ardıcıl məsləhətlər verib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti