Nazir təyin olunduğunu aeroportda bildi - Sürpriz zəng (VİDEO)

Nazir təyin olunduğunu aeroportda bildi - Sürpriz zəng (VİDEO)
  10 İyul 2018    Oxunub:3500
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin tərkibini elan edib.
AzVision.az-ın məlumatına görə, yeni hökumətdə ticarət naziri olan Ruhsar Pekcan təyinatı barədə xəbəri hava limanında öyrənib.



Yeni kabinetdə iki qadın nazirdən biri olan R.Pekcanın təyinatı barədə xəbəri necə aldığını jurnalist Kamal Öztürk belə açıqlayıb: “Hava limanında idim. Yanımda bir xanım əyləşmişdi. Zəng gəldi və "Prezident Administrasiyasına dəvət edilirsiniz" deyildi. Sonra ard-arda telefon zəngləri gəldi. Nə oldu deyə soruşdum. Cavabında “deyəsən nazir olmuşam, hamı elə deyir, amma mən bilmirəm. Öyrənməyə gedirəm” dedi”.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Nazir  





Xəbər lenti