Filippində ölənlərin sayı 150-yə yaxınlaşır - VİDEO, YENİLƏNİB

  16 Oktyabr 2013    Oxunub : 877
Filippində ölənlərin sayı 150-yə yaxınlaşır - VİDEO, YENİLƏNİB
Son 23 ildə Filippinin mərkəzi hissəsində baş vermiş ən güclü zəlzələ nəticəsində ölənlərin sayı 150-yə yaxınlaşır.
AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, axtarış-xilasetmə dəstələri Bohol adasının zəlzələdən ən çox ziyan görmüş ərazilərinin dərinliklərinə irəlilədikcə qeydə alınan ölüm hallarının sayı artır.

Bohol vilayət polisinin operativ idarə rəisi Karl Con Leqaspinin sözlərinə görə, təkcə bu adada zəlzələdən dünyasını dəyişənlərin sayı 127 nəfərdir, daha 22 nəfər isə itkin düşüb.

Mülki müdafiə milli idarəsi bəya edib ki, ölkənin bütün mərkəzi rayonlarında 142 nəfər ölüb. Qeyd edək ki, dünən Filippinin mərkəzi hissəsində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ Bohol vilayətində Karmen şəhərindən cənubda qeydə alınıb.

Ğlkədə İspan hökmüranlığı zamanı tikilən 10 kilsə ya tamamilə, ya da qismən dağılıb. Dəhşətli zəlzələni turistlərdən biri lentə alıb. Çəkiliş zamanı künbəzi dağılıb yerə düşür və insanların həyəcanı görsənir. Titrəmələrin demək olar yarım dəqiqə getməsi zəlzələnin dəhşətindən xəbər verir.


Teqlər: