13 idmançı dopinqə görə cəzalandırılıb

13 idmançı dopinqə görə cəzalandırılıb
  10 İyul 2018    Oxunub:12061
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalanıb.
AzVision.az Azərbaycan Milli Antidopinq Agentliyinin rəsmi saytına istinadən xəbər verir ki, İdmançılardan 7-si güləşçi, 4-ü boksçu, qalanları isə ağırlıqqaldıran və taekvondoçudur.

Güləşçilərdən Qurban Qurbanov, Şəhriyar Məmmədov, Heydər Abdullayev, Mansur Şahinov, Xalid Əlizadə və Sübhan Muradov 48 ay, Təbriz Yusubzadə 24 ay, boksçulardan Ağalar Sadıqzadə, Fərid Qasımzadə və Elvin Qəmbərov 48 ay, Mirqadir Miriyev 24 ay, ağırlıqqaldıran Cəbrayıl Abzərli 48 ay, taekvondoçu Ülvi Mustafayev 24 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti