Partiya iclasında terror: 12 ölü, 35 yaralı

Partiya iclasında terror: 12 ölü, 35 yaralı
  11 İyul 2018    Oxunub:1046
Pakistanın Peşəvər şəhərində terrorçu-kamikadzenin hücumu nəticəsində azı 12 nəfər ölüb, 35 nəfər yaralanıb.
AzVision.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, hadisə Avami milli partiyasının toplantısı zamanı törədilib. Ölənlər arasında partiyanın lideri Harun Bilur da var.

Partlayışa görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

AzVision.az


Teqlər: Pakistan   Terror  





Xəbər lenti