Gəncədə polisləri öldürən iki nəfər axtarışa verildi - (VİDEO)

Gəncədə polisləri öldürən iki nəfər axtarışa verildi - (VİDEO)
  11 İyul 2018    Oxunub:13141
İyulun 10-da Gəncədə qanlı cinayət törətməkdə şübhəli bilinən iki nəfər axtarılır.
Respublika Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin AzVision.az-a daxil olan birgə məlumatında deyilir ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.



Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilmiş, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilmiş və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.

Eyni zamanda, fotoşəkilləri təqdim edilmiş həmin şəxslərin gizləndikləri yeri bilən vətəndaşlarımızdan bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə,habelə Bakı şəhərində (012) 590-93-31; (012) 590-94-31; (012) 492-73-96, Gəncə şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur.

Böyükkişiyev Rəşad Məmmədəli oğlu


Qasımov Fərrux Xəqani oğlu


AzVision.az


Teqlər: Gəncə   Polis   Qətl  





Xəbər lenti