"Qarabağ" - "Olimpiya" oyununun biletləri satışda

"Qarabağ" - "Olimpiya" oyununun biletləri satışda
  11 İyul 2018    Oxunub:12426
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” - "Olimpiya" matçının biletləri artıq satışa çıxarılıb.
AzVision.az-ın məlumatına görə, biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək olar. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Qeyd edək ki, “Qarabağ” - “Olimpiya” oyunu iyulun 18-i saat 21:00-da başlayacaq.

Şatış məntəqələri:

T.Bəhramov adına Respublika stadionunun kassaları;
"ASAN xidmət" mərkəzləri;
Heydər Əliyev Sarayının kassası;
28 Mall;
Gənclik Mall;
Park Bulvar (Qarabağ FK Fanshop);
M.Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı);
Bülbül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı);
Üzeyir Hacıbəyov küç. 69x (Hökumət evinin arxası).

AzVision.az


Teqlər: Qarabağ   Klub   ÇL  





Xəbər lenti