Üstümüzə qalxan qılınc və hicablı terror – KARİKATURALAR

Üstümüzə qalxan qılınc və hicablı terror – KARİKATURALAR
  11 İyul 2018    Oxunub:14814
Gəncədə bir qrup təxribatçının polislə toqquşması zamanı “Allahu Əkbər” kəlmələrinin səslənməsi çoxlarını dəhşətə gətirdi. Və çox ciddi suallar doğurdu: Həqiqətənmi, əlində xəncər, hətta qılınc olan dini ekstremistlər həmin meydana “etiraz aksiyası” keçirməyə gəlmişdilər? Heç inandırıcı görünmür...
Əlində qılınc, xəncər tutaraq, “haqqı”, “ədaləti” bərpa etdiyini söyləyən insanlar Yaxın Şərq ölkələri üçün ənənəvi mənzərədir. Amma elə həmin ölkələrin acı təcrübəsi də bunu təsdiqləyir ki, xəncər-qılıncla haqq-ədalət bərpa olunmur, əksinə, vəhşilik, xaos baş alıb gedir, daha çox haqqlar pozulur...

Hicablı terror



Çoxdan bəllidir ki, yaramazların bir neçə sığınacağı var. Onlardan ən məşhurları isə vətənpərvərlik və dindir. Bir çox yaramaz işlər məhz bu iki örtüyün altında görülür.

Gəncədə baş verən hadisələr də bu qəbildəndir. Orada olanların nə din, nə də siyasət ilə heç bir əlaqəsi yoxdur. Bu, əsl terrordur. Sadəcə, həmin terroru törədənlər onu ciddi-cəhdlə din örtüyünün altında gizlədirlər. Yəni bu, hicablı terrordur.



Teqlər: Gəncə-hadisələri   Dini-ekstremizm  





Xəbər lenti