Orta məktəb müəllimlərinə insan hüquqları üzrə təlim keçiləcək

Orta məktəb müəllimlərinə insan hüquqları üzrə təlim keçiləcək
  16 Oktyabr 2013    Oxunub:5294
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin təşkilatçılığı ilə oktyabr ayından gələn ilin mart ayınadək “Orta məktəblərdə insan hüquqlarının tədrisi” layihəsi həyata keçiriləcək.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, layihənin başlıca məqsədi orta ümumtəhsil məktəblərində insan hüquqları üzrə tədrisin forması kimi gənclərin qeyri-formal tədrisinin dəyərini qiymətləndirmək və inkişaf etdirmək, habelə insan hüquqlarını bir mədəniyyət kimi aşılamaqdır. Bu çərçivədə layihə insan hüquqlarının tədrisində qeyri-formal təhsil strukturu ilə formal təhsil strukturunun əməkdaşlığını gücləndirməyi planlaşdırır.

Layihə çərçivəsində Bakı, Mingəçevir və Yevlax şəhərlərində Konstitusiya hüququ və oxşar fənləri tədris edən müəllimlər, habelə orta məktəblərdə işləyən sosial işçilər - psixoloq, uşaq birliyi rəhbərlərindən ibarət 25 nəfər üçün “Orta məktəblərdə insan hüquqlarının tədrisi” mövzusunda üçgünlük təlimin keçilməsi və “Orta məktəblərdə insan hüquqlarının tədrisi” mövzusunda metodik vəsaitin hazırlanması nəzərdə tutulur.

Ümumilikdə layihədən birbaşa 75 gənc müəllimin faydalanması, habelə 1000 nəfərə metodik vəsaitin paylanılması nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti