“Olimpiya” və “Qarabağ”ın start heyətləri

  11 İyul 2018    Oxunub : 8737
“Olimpiya” və “Qarabağ”ın start heyətləri
Xəbər verdiyimiz kimi, bu gün Bakı vaxtı ilə saat 22:00-da futbol üzrə UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşacaq.
“Stojice” stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti açıqlanıb.

“Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Miçel, Mahir Mədətov, Abdulla Zubir, Filip Ozobiç,Yakup Jezniçak, Bədavi Hüseynov, Vild-Donald Qerye və Coşğun Diniyev yer alıblar.

“Olimpiya”nın ilk onbirliyində isə meydana Alyaj İvaçiç, Maki Banyak, Marko Qaiç, Rok Kronaveter, Abas İssa, Aris Zarifoviç, Dino Ştiqlets, Marko Putinçanin, Ştefan Saviç, Tomislav Tomiç və Daniel Avramovski çıxacaqlar.

AzVision.az

Teqlər: Olimpiya   QarabağFK