Xorvatiya finalda, rəqib Fransadır - Yenilənib

  12 İyul 2018    Oxunub : 12821
Xorvatiya finalda, rəqib Fransadır - Yenilənib
Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatının daha bir finalçısı məlum olub.
AzVision.az xəbər verir ki, finala çıxmaq uğrunda Xorvatiya və İngiltərə milliləri mübarizə aparıblar.

Moskvanın “Lujniki” stadionunda keçirilən görüşü türkiyəli Cüneyt Çakır idarə edib.

***
Oyunun 5-ci dəqiqəsində İngiltərə millisinin cərimə zərbəsindən vurduğu qolla hesab açılıb.

***
Görüşün ikincci hissəsində Xorvatiya yığması hesabı bərabərləşdirib.

***
Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Finalçını müəyyən etmək üçün əlavə vaxt oynanılıb.

***
Təyin edilən əlavə vaxtda xorvatlar rəqib qapısından daha bir top keçirərək qələbəyə seviniblər.

Qeyd edək ki, Xorvatiya yığması DÇ-2018-in finalında Fransa millisi ilə qarşılaşacaq.

AzVision.az

Teqlər: DÇ-2018