“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı - VİDEO

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı - VİDEO
  12 İyul 2018    Oxunub:19085
Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

AzVision.az xəbər verir ki, turnirin birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşıb.
Lyublyana şəhərindəki “Stojice” stadionunda keçirilən görüş təmsilçimizin 0:1 hesablı qələbəsilə başa çatıb. Matçda yeganə qolu Donald Qerye vurub.

Qeyd edək ki, cavab oyunu iyulun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.



AzVision.az


Teqlər: QarabağFK   Olimpiya  





Xəbər lenti