Gəncədə şəhid olan polkovnikin yas mərasimi - VİDEO

Gəncədə şəhid olan polkovnikin yas mərasimi - VİDEO
  13 İyul 2018    Oxunub:30769
AzVision.az Gəncə hadisələri ilə bağlı xüsusi reportajlarını davam etdirir.

Məlum olduğu kimi, iyul ayının 10-da Gəncə Şəhər Baş Polis idarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov bir qrup şəxsin cəhd etdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Gəncəyə ezam olunan əməkdaşlarımız S.Abbasovun yas mərasimində iştirak ediblər. Yas mərasiminə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, mərhum polisin iş yoldaşları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri qatılıblar.

Şəhid Səməd Abbasovun qardaşı, "İmamzadə" məscidinin axundu Hacı Tahir Abbasov bildirib ki, bu hadisənin törədilməsində məqsəd Gəncədə aranı qatmaq və asayişi pozmaq olub.



Jurnalist: Günay Arda
Video: Əhməd Xəlilov, Azər Həsənov

AzVision.az


Teqlər: Gəncə   Polis  





Xəbər lenti