Krımda bir neçə məsciddə yanğın baş verib
Krımın “Rus Birliyi” partiyası, Rus Cəmiyyətinin Simferopol rayon təşkilatın və kazakların “Birlik” təşkilatın bu hadisələrdə onların nümayəndələrinin əli olmasına dair ittihamları rədd edir.
Qeyd olunan təşkilatların birgə bəyanatına deyilir ki, baş verən hadisələr təxribatdır və Krımda mövcud olan sülh və əmin-amanlığa zərbə vurmaq üçün edilib. Onların fikrincə, muxtar respublikada münaqişənin eskalasiyasını görmək istəyən qüvvələr vəziyyətin açıq-aşkar gərginləşdirməyə və Krım tatarları arasında populyarlığını qaytarmağa çalışırlar.
Bəyanatda qeyd olunub ki, bir müddət əvvəl həmin qüvvələr Rus Cəmiyyətinə qarşı da uğursuz təxribatlar törədiblər.
Teqlər: